Ana Sayfa > Karusel / Dünya > Ermənistanın təxribatları genişmiqyaslı müharibəyə səbəb ola bilər

Ermənistanın təxribatları genişmiqyaslı müharibəyə səbəb ola bilər


16-06-2023, 14:52. Yazar: Admin

 

Ermənistanın təxribatları genişmiqyaslı müharibəyə səbəb ola bilər

Son zamanlar Ermənistan tərəfi şərti sərhəddə, o cümlədən Naxçıvan istiqamətində mövqelərimizi intensiv atəşə tutur. Ötən gün ermənilər Həkəri çayı üzərində yerləşən sərhəd-keçid məntəqəsində əsgərlərimizə qrşı atəş açıb, nəticədə bir əsgərimiz yaralanıb. Həmçinin dünən Ermənistan tərəfi Naxçıvan istiqamətində ordumuzun mövqeylərini atəşə tutub.

 Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfdən 2 snayperi zərərsizləşdirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, bu gün saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

 Ermənistan ordusunun son günlər təxribatları artırmasının səbəbi nədir?



Mövzu ilə bağlı Qarabaqinfo.az-a danışan türkiyəli ekspert Abdullah Ağar söyləyib ki, sərhəd-keçid məntəqəsində baş verənlər Ermənistan tərəfindən taktiki gediş ola bilər.


"Ermənistan müharibəni uduzduğu üçün travma yaşayır. Həmçinin, Ermənistanı regional və global güclər manipulasiya edir. Həkəri çayı üzərində yerləşən sərhəd-buraxılış məntəqəsində törədilən təxribat taktiki bir gediş kimi görünür. Amma bu məsələni yaxşı araşdırmaq lazımdır. Digər tərəfdən iki ölkə arasında inkişaf edən proseslərin dayanması üçün bölgədəki bəzi aktorların aktiv hala gəlməsini müşahidə edirik. Ermənistanla Azərbaycan arasında çox kövrək siyasi bir dövr mövcuddur", - deyə ekspert bildirib. 

 

A.Ağar vurğulayıb ki, bir çox ölkə hazırda Cənubi Qafqaz regionu ilə maraqlanır və buraya təsir etməyə çalışır:

 

"Həmin ölkələrin içərisində İran, Fransa, Avropa İttifaqı, Rusiya və ABŞ var. Azərbaycan son zamanlar artan erməni təxribatlarının qarşısını almaq üçün cavab tədbirləri, yəni bir növ əməliyyatlar həyata keçirir. Ancaq böyük bir əməliyyatın olması birbaşa olaraq genişmiqyaslı müharibənin baş verməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, ölkələrin müharibədə qazandığı haqlar var. Bu, çox önəmli bir mövzudur. Yəni bir növ döyüşürüsən və öz haqqını qarşı tərəfə qəbul etdirirsən. Qarşı tərəf isə məğlubiyyətinin nəticəsi ilə razılaşmasa, bu, çox böyük bir savaşa səbəb ola bilər. Çünki Ermənistan Qarabağ müharibəsindən sonra Rusiyanın vasitəçiliyi ilə içərisində Zəngəzur dəhlizi haqqında bənd mövcud olan bəyannaməyə imza atdı. Ermənistan Xankəndidə olan silahlı dəstələrini çıxarmır, həmçinin digər bəndləri də yerinə yetirmir. Bunun sonu isə çox böyük bir gərginliyə çıxır. Çünki Azərbaycan qanı ilə öz haqlarını əldə etdi və heç kəsə verməyəcək"


Geri dön