Ana Sayfa > Karusel / Gündəm > Sülh müqaviləsi Zəngəzurda imzalansın - Zahid Orucdan vacib TƏKLİF

Sülh müqaviləsi Zəngəzurda imzalansın - Zahid Orucdan vacib TƏKLİF


16-06-2023, 11:49. Yazar: Admin

 

Sülh müqaviləsi Zəngəzurda imzalansın - Zahid Orucdan vacib TƏKLİF

 

“Bu ilin martında Foq Rasmussenin əvvəlcə Cermuxa gəlib Azərbaycanın “hərbi hücumu”nu pisləməsi, ardınca Laçın sərhəd punktuna yaxınlaşıb görüntülər paylaşması, Qarabağda erməni əhalisinin “humanitar böhran”ını qabartması Ermənistana casus missiyasi göndərən NATO-nun, onun əsas yönləndiricisi Amerikanın birbaşa sifarişi idi. Ağdama, Ağdərəyə bir dəfə də olsun  gəlməyən keçmiş Baş Katib indi ölkəmizə sistemli hücumlar edir və İrəvandan, o cümlədən, Xankəndidən rus hərbi birləşmələrini çıxarıb Avroatlantik Alyansın qoşunlarını yerləşdirmək istəyənlərin sözünü deyir”.

 Qarabaqinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

 O qeyd edib ki, Paşinyana Brüssel və Parisdən güclü təzyiqlər var. 

Dünən bütün erməni informasiya kanallarında Həkəri körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması zamanı ölkəmizin qəhrəman oğulları ilə  Rusiya sülhməramlılarının birgə hərəkət etməsinə qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparılırdı. 30-cu ildönümünü yaşadığımız hazırki iyun günlərində bizi Rusiya ilə 90-cı illərdəki kimi toqquşdurmaq istəyirlər. Əliyev-Putin-Ərdoğan arasında münasibətlər Amerika və Avropa Birliyini qəzəbləndirir. Lakin plan işləmir. Dünənki Zəngilan, Laçın və digər sərhəd nöqtələrində təxribatlarla Strasburqdakı, Brüsseldəki siyasi şantaj dolu müzakirələr vahid mərkəzdən idarə olunur. Xalqımız bilir ki, Rusiya-Amerika savaşı Ermənistan-Azərbaycan arasında sülhə imkan vermir. İrəvan və Bakı barış istəyirlərsə, gedib müqaviləni Brüssel, Moskva və Vaşinqtonda deyil, Zəngəzurda imzalasınlar”, - deyə deputat bildirib.


Geri dön