Ana Sayfa > Karusel / Region > Zaxarova Qərbin moderatorluq səylərinə ağız büzdü

Zaxarova Qərbin moderatorluq səylərinə ağız büzdü


15-06-2023, 14:53. Yazar: Admin

Zaxarova Qərbin moderatorluq səylərinə ağız büzdü

Kənardan moderatorluq etmək istəyən bir çox insan var. İndi heyrətamiz xəbər gəlir ki, Birləşmiş Ştatlar bunun üçün güc üsullardan istifadə edə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına toxunaraq deyib.

“Biz bu mövzu ilə davamlı olaraq, müntəzəm olaraq, müxtəlif istiqamətlərdə məşğul oluruq. Ən yüksək səviyyədə fəaliyyət görürsünüz, xarici işlər nazirlərinin necə işlədiyini görürsünüz, bizim bu məsələ ilə bağlı xüsusi nümayəndələrimiz var. Təbii ki, səfirliklərimiz, ekspertlərimiz gündəlik işləyir, bunlar təkcə xarici işlər nazirlikləri deyil, həm də regionda təhlükəsizliyi birbaşa təmin edənlərdir. Prosesin özü də davam edir”, - deyən Zaxarova konkret tarixlərin və görüşlərin yarandıqca elan ediləcəyini qeyd edib.

“Kənar müdaxilə nizamlanma prosesinə heç bir əlavə element qatmır, sadəcə olaraq onu çətinləşdirir və geri qaytarır. Amma biz bunun niyə edildiyini də başa düşürük: 2020-ci ildən Rusiya Federasiyasının həm Ermənistanın, həm də bu vəziyyəti həll etmək istəyən Azərbaycanın əsl vasitəçisi və əsl dostu kimi atdığı o təşəbbüskar addımlar, yəqin ki, şoka səbəb olub. Çünki uzun müddətdir davam edən mürəkkəb münaqişə nəhayət ki, praktiki baxımdan həlli üçün fürsət əldə edib. Yerləşdirilmiş kontingentimiz, diplomatik səylərimiz və baş nazirin müavini Overçukun himayəsi altında işi tamamlama səyləri bəzilərini narahat edir. Biz yaxşı bilirik ki, moderatorlar və vasitəçilər adı altında bu regiona sülh, sabitlik və firavanlıq istəməyənlər indi daha çox fəaliyyət göstərirlər”, - Zaxarova qeyd edib.(Yenisabah)


Geri dön