Ana Sayfa > Karusel / Siyasət > NATO Ukrayna hərbçilərinə F-16 təlimi keçir - Stoltenberq

NATO Ukrayna hərbçilərinə F-16 təlimi keçir - Stoltenberq


15-06-2023, 13:35. Yazar: Admin

NATO Ukrayna hərbçilərinə F-16 təlimi keçir - Stoltenberq

 

"NATO müttəfiqləri artıq Ukrayna hərbçilərinə F-16 təyyarələrində təlim keçməyə başlayıblar".

 

Qarabaginfo.az "Unian"a istinadən xəbər verir ki, bunu hərbi alyansın baş katibi Yens Stoltenberq Ramşteyn formatında keçiriləcək görüşdən əvvəl jurnalistlərlə ünsiyyət zamanı bildirib.

 

O qeyd edib ki, təlimlərin başlanması Ukraynaya təyyarələrin verilməsinə də imkan yaradır.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Geri dön