Ana Sayfa > Karusel / Siyasət > NATO Baş katibi: Əks-hücuma başlayan Ukrayna irəliləyir və daha çox torpaq azad edir

NATO Baş katibi: Əks-hücuma başlayan Ukrayna irəliləyir və daha çox torpaq azad edir


14-06-2023, 17:28. Yazar: Admin

NATO Baş katibi: Əks-hücuma başlayan Ukrayna irəliləyir və daha çox torpaq azad edir

Ukrayna əks-hücuma başlayıb, indi hələ ilkin günlərdir. Biz deyə bilmərik ki, bu, müharibədə dönüş nöqtəsi olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin iclasından əvvəl mətbuat konfransında bildirib.

“Biz görürük ki, ukraynalılar irəliləyir və daha çox torpaq azad edirlər. Biz anlayırıq ki, Ukraynanın döyüş meydanında qazandıqları onu masada daha güclü edəcək. Ukraynalılar daha çox torpaq azad etdikcə, Prezident Putin başa düşəcək ki, o, Ukraynada qalib gələ bilməyəcək və ədalətli sülh üçün danışıqlara başlamalıdır. Bu irəliləyiş Ukrayna hərbi qüvvələrinin cəsarətinin, gücünün sübutudur. Bu, eyni zamanda, göstərir ki, NATO müttəfiqlərinin verdiyi dəstək döyüş meydanında real fərq yaradır”, - Baş katib qeyd edib.


Geri dön