Ana Sayfa > Karusel / Region > Paşinyanın təhlükəsizliyi necə qorunur? - DETALLAR

Paşinyanın təhlükəsizliyi necə qorunur? - DETALLAR


14-06-2023, 10:38. Yazar: Admin

Paşinyanın təhlükəsizliyi necə qorunur? - DETALLAR

 

"Baş nazir Nikol Paşinyanın təhlükəsizlik xidməti görüşdən əvvəl deputatlardan telefon və ağıllı saat toplayır".

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

 

Qəzet hakim "Mülki Müqavilə" Partiyasının parlamentdəki nümayəndələrindən biri Ovik Ağazaryandan mövzu ilə bağlı münasibət alıb.

 

"Bu, onların diqqəti yayınmasın və "TikTok"a girməsinlər deyə edilir", - deputat izah edib.

 

“Hraparak” qəzeti isə onu da yazır ki, bu yaxınlarda baş nazirin iştirak etdiyi məmurlardan birinin oğlunun toyunda 900-ə yaxın qonağın üst-başı Paşinyanın gəlişindən əvvəl təhlükəsizlik əməkdaşları tərəfindən metal detektorlar vasitəsilə yoxlanılıb.


Geri dön