Ana Sayfa > Karusel / Dünya > Ruslara işləyən 52 yaşlı casus həbs edildi

Ruslara işləyən 52 yaşlı casus həbs edildi


12-06-2023, 17:39. Yazar: Admin

 

Ruslara işləyən 52 yaşlı casus həbs edildi

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xarkovda Rusiya kəşfiyyatına gizli məlumatlar ötən 52 yaşlı kişini saxlayıb.

 

Qarabaqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxsin Ukrayna mövqelərində casusluqla məşğul olan qrupun üzvü olduğu bildirilib.

 

"Sözügedən şəxs müharibənin əvvəlində işə götürülüb və Ukrayna ordusunun mövqelərində şəxsi heyətin sayını, silah-sursatını və hərbi qruplaşmaların koordinatlarını müşahidə edib", - SBU-nun məlumatında qeyd olunub. 

 

Agent həbs edilib, onu ömürlük həbs cəzası gözləyir.


Geri dön