Ana Sayfa > Karusel / Manşet > Həmkarından İlham Əliyevə təbrik məktubu

Həmkarından İlham Əliyevə təbrik məktubu


12-06-2023, 16:38. Yazar: Admin

 

Həmkarından İlham Əliyevə təbrik məktubu

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, məktubda deyilir:

 

"Zati-aliləri.

 

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

 

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə firavanlıq arzulayıram.

 

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Geri dön