Ana Sayfa > Karusel / Təhsil > Bakıda tələbə imtahana cadu ilə gəldi

Bakıda tələbə imtahana cadu ilə gəldi


12-06-2023, 15:45. Yazar: Admin

 

Bakıda tələbə imtahana cadu ilə gəldi

İyunun 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakıda keçirilən magistraturaya qəbul imtahanında 1 tələbə imtahana qeyriadi bir əşiya "cadu" ilə gəlib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə DİM-in nəzarətçi müəllimi Elyar İslamoğlu öz “Facebook” hesabında paylaşım edib.

 

“Qırmızı parçaya nəyisə büküb üzərinə qəpik qoyaraq sapla + (plus) formasında çoxlu sarıyıblar. Daha sonra parçanın üzərinə şam əridib töküblər. Təsəvvür edin, bu cadu-pitini 4 il universitetdə ali təhsil alan bir tələbə Bakıda keçirilən magistr imtahanına gətirib”, - deyə paylaşımda yazılıb.


Geri dön