Ana Sayfa > Karusel / İnfrastruktur > Nazir: Taksidə qiymətlər birmənalı olaraq qalxacaq
Nazir: Taksidə qiymətlər birmənalı olaraq qalxacaq12-06-2023, 14:03. Yazar: Admin |
“Taksidə qiymətlər birmənalı olaraq qalxacaq”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur: “Təxminən ilin sonuna qədər ictimai nəqliyyat üçün 60-a yaxın qısa zolağın çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Polis əməkdaşları ictimai nəqliyyat üçün zolaqlarda adi maşınların hərəkət etməsinə pik saatlarda icazə verir. Amma buna yol verilməyəcək və vətəndaş özü də başa düşəcək ki, avtobuslardan istifadə etməklə A nöqtəsindən B nöqtəsinə daha tez gedə bilər”. Geri dön |