Ana Sayfa > Karusel / Cəmiyyət > Nazir "Xəzər" TV-nin aparıcısına vəzifə verdi
Nazir "Xəzər" TV-nin aparıcısına vəzifə verdi12-06-2023, 12:18. Yazar: Admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost İş Mərkəzində İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri təyin edilib.
Qarabaginfo.az xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə bu vəzifəyə telejurnalist Rüstəm İbadov təyin olunub.
Qeyd edək ki, R.İbadov özü də "Facebook" səhifəsində bu barədə açıqlama yayıb: "Əziz dostlar, həmkarlar! 13 ildir ki, çalışdığım, bu zaman müddətində evdən çox zaman sərf etdiyim doğma Xəzər Televiziyasından öz istəyimlə ayrıldım. Bundan sonra fəaliyyətimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost İş Mərkəzində İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri olaraq davam etdirəcəm. Qərarıma hörmətlə yanaşdığına görə Xəzər Televiziyasının Baş Direktoru Murad Dadaşova təşəkkür edirəm. Yeni işimlə bağlı mənə etimad göstərib dəstək olan hər kəsə də minnətdaram".
Geri dön |