Ana Sayfa > Karusel / Region > “Ukrayna ordusu əks-hücum əməliyyatı keçirir”- ZELENSKİ

“Ukrayna ordusu əks-hücum əməliyyatı keçirir”- ZELENSKİ


10-06-2023, 21:16. Yazar: Admin

“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatı keçirir”.

Qarabaginfo.az info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Kanadanın Baş naziri Castin Trüdo ilə keçirdiyi mətbuat konfransında deyib.

Eyni zamanda, o, hücumla bağlı təfərrüatları açıqlamaqdan imtina edib.

“Ukraynada əks-hücum və müdafiə tədbirləri həyata keçirilir. Hansı mərhələdədir – təfərrüatlara varmayacağam. Düşünürəm ki, biz bütün bunları mütləq hiss edəcəyik”, – Zelenski bildirib.


Geri dön