Ana Sayfa > Karusel / Dünya > Azərbaycana dəstəyinə və yardımına görə minnətdarıq - Ukrayna səfiri

Azərbaycana dəstəyinə və yardımına görə minnətdarıq - Ukrayna səfiri


9-06-2023, 17:42. Yazar: Admin

 

Azərbaycana dəstəyinə və yardımına görə minnətdarıq - Ukrayna səfiri

 

Dost Azərbaycan xalqına növbəti dəfə sizin qardaş çiyninizi, Ukraynaya göstərdiyiniz dəstəyi və yardımı hiss etdiyimizə görə çox minnətdarıq.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

"Bu gün bu yardım Bakıdan Ukraynaya, oradan isə fəlakət zonasına çatdırılacaq. Bu bizə çox lazım olan yardımdır. Bundan başqa, Azərbaycan tərəfi 20 ton yanacaq ayırıb ki, bu da xilasetmə əməliyyatlarında iştirak edən nəqliyyat vasitələri üçün çatdırılacaq", - səfir deyib.

Qeyd edək ki, Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərir. Humanitar yüklər təyyarə ilə Bakıdan Polşaya, oradan isə Ukraynaya çatdırılacaq. modern.az


Geri dön