Ana Sayfa > Karusel / Gündəm > 3 gün leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

3 gün leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ


9-06-2023, 17:05. Yazar: Admin

 

3 gün leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.


Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


Geri dön