Ana Sayfa > Karusel / Dünya > Yaponiya səfiri Rusiya XİN-ə çağırılıb
Yaponiya səfiri Rusiya XİN-ə çağırılıb9-06-2023, 15:34. Yazar: Admin |
Yaponiyanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Toyohisa Kodzuki Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Qarabaqinfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, bu, Tokionun Ukraynaya hərbi texnikanın çatdırılmasına başlamaq qərarı ilə əlaqədar olub.
"Yaponiya tərəfinin diqqətinə çatdırılıb ki, bu addım hərbi əməliyyatların genişlənməsinə gətirib çıxarır, belə qərarlar nəticəsiz qala bilməz”, - deyə məlumatda qeyd olunub. Geri dön |