Ana Sayfa > Karusel / Gündəm > “Azəriqaz”a 5500-dək müraciət daxil olub

“Azəriqaz”a 5500-dək müraciət daxil olub


9-06-2023, 13:49. Yazar: Admin

 

“Azəriqaz”a 5500-dək müraciət daxil olub

 

Bu ilin 5 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 5 474 müraciət daxil olub.

 

Qarabaqinfo.az-ın məlumatına görə, bunu İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bu gün qurumda media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

 

Onun sözlərinə görə, bu müddətdə 2 548 müraciət "Opentext" proqramı vasitəsilə, 2 926 müraciət isə elektron formada daxil olub.

 

İ.Kərbalayev bildirib ki, "Opentext” proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 5 ayı ilə müqayisədə 186 müraciət az təşkil edir: “Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub”.


Geri dön