Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan Mərkəzi Bankı təkrarsığorta ilə bağlı minimum tələblər müəyyənləşdirəcək
Azərbaycan Mərkəzi Bankı təkrarsığorta ilə bağlı minimum tələblər müəyyənləşdirəcək9-06-2023, 13:23. Yazar: Admin |
Azərbaycan Mərkəzi Bankının (AMB) təkrarsığorta ilə bağlı minimum tələblər müəyyən etməsi təklif olunur. Qarabaginfo.az "Report"a, istibadən xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Sığorta fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Sənədə əsasən, təkrarsığorta zamanı sığorta risklərinin tənzimlənməsi məqsədilə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri AMB müəyyən edir. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Geri dön |