Ana Sayfa > Karusel / Sosial / Cəmiyyət > DSMF-nin xərcləri 15 faiz artıb

DSMF-nin xərcləri 15 faiz artıb


9-06-2023, 10:46. Yazar: Admin

 

DSMF-nin xərcləri 15 faiz artıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 7 faiz və ya 168 mln. manat çox olmaqla 2 mlrd. 686 mln. manat təşkil edib.

 

Nazirlikdən Qarabaqinfo.az-a verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-may aylarında proqnoza nisbətən 9 faiz və ya 168 mln. manat artaraq 2 mlrd. 70 mln. manat olub.

 

Son 5 ayda DSMF-nin xərcləri 2 mlrd. 506 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 328 mln. manat çoxdur.

 


Geri dön