Ana Sayfa > Karusel / Gündəm > Yol polisindən sürücülərə ÇAĞIRIŞ

Yol polisindən sürücülərə ÇAĞIRIŞ


9-06-2023, 09:55. Yazar: Admin

 

Yol polisindən sürücülərə ÇAĞIRIŞ

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.

 

İdarədən Qarabaqinfo.az-a daxil olan müraciətdə deyilir:

 

"Əziz Şuşa beynəlxalq velosiped turnirinin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan start veriləcək.

 

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

 

Sürücülərdən tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik". modern.az


Geri dön