Ana Sayfa > Karusel / Siyasət > Patruşev: ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir
Patruşev: ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir8-06-2023, 16:42. Yazar: Admin |
Rusiya və Ukrayna xalqları münaqişədə maraqlı deyil, ABŞ və İngiltərə bunda maraqlıdır. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, ABŞ və Böyük Britaniyanın Ukrayna münaqişəsində ölən insanlara heyfi gəlmir. Patruşev onu da qeyd edib ki, Ukrayna rəhbərləri sülh müqaviləsi bağlamağa hazır olublar, lakin ABŞ-ın təzyiqinə görə bundan imtina ediblər. "ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir. ABŞ dünyaya hakim ola bilməyəcək", - Patruşev vurğulayıb. Rusiya TŞ katibi KTMT Təhlükəsizlik Şurasının katiblərinin Minskdə keçirilən iclasda Lukaşenkodan regionda və dünyada vəziyyətlə bağlı faydalı məlumatlar aldığını da əlavə edib. Geri dön |