Ana Sayfa > Karusel / Dünya > Avropa səfirləri razılığa gələ bilmədi - Sanksiya müzakirəsi

Avropa səfirləri razılığa gələ bilmədi - Sanksiya müzakirəsi


8-06-2023, 14:38. Yazar: Admin

 

Avropa səfirləri razılığa gələ bilmədi - Sanksiya müzakirəsi

Avropa İttifaqının səfirləri iyunun 7-də baş tutan qapalı danışıqlarda Rusiyaya qarşı 11-ci sanksiya paketi barədə razılığa gələ bilməyiblər.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.

 

“May ayında Rusiyaya qarşı 11-ci sanksiya paketinin ilkin layihəsi bloklandıqdan sonra Avropa Komissiyası iyunun 7-də Avropa İttifaqı səfirlərinin görüşündə təkliflərin yeni versiyasını təqdim edib. Lakin səfirlər yenə razılığa gələ bilməyib. İyunun 14-də təkliflərin müzakirəsinə yenidən qayıdılacaq”, - deyə qəzet yazıb.

 

Məlumata görə, yeni sanksiya layihəsini bloklayan Yunanıstan və Macarıstan bəzi kompaniyaları Rusiyanın qərb sanksiyalarından yayınması cəhdlərini dəstəkləyənlər siyahısından çıxarmağı tələb edir.


Geri dön