Ukrayna prezidenti Volodimir Zelenski Xersona səfər edib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Zelenski Xersonda iclas keçirib, "Koxovka" su elektrik stansiyasının partladılması nəticəsində yaranan daşqınlar zamanı itkilərin hesablanması və insanlara kompensasiya verilməsi üçün vəsaitin ayrılmasının vacibliyini qeyd edib.
İclasda regionda yaranmış əməliyyat şəraiti, əhalinin potensial daşqın zonalarından təxliyəsi, fövqəladə vəziyyətin aradan qaldırılması kimi məsələlər müzakirə olunub.