Ana Sayfa > Karusel / Dünya > Daşqın nəticəsində ruslar mövqelərini itirdi

Daşqın nəticəsində ruslar mövqelərini itirdi


8-06-2023, 12:18. Yazar: Admin

 

Daşqın nəticəsində ruslar mövqelərini itirdi

"Kaxovka" Su Elektrik Stansiyasının partlaması nəticəsində Rusiya hərbçiləri Dneprin sol sahilində olan mövqeylərini itiriblər.


Qarabaqinfo.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat verib.


Analitiklərin fikrincə, "Kaxovka" su elektrik stansiyasının bəndinin dağıdılması cəbhədə Xerson sektorunun coğrafiyasını və topoqrafiyasını xeyli dəyişib.


Daşqın Dnepr çayının şərq sahilində hazırlanmış Rusiya müdafiə mövqelərini, xüsusən, Qola Pristan və Aleşkidəki bir sıra mövqeləri ciddi şəkildə dağıdıb.


Geri dön