Ana Sayfa > Karusel / Siyasət > Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”


7-06-2023, 15:07. Yazar: Admin

Slovakiya XİN: "Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk"

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

Bu barədə Qarabaginfo.az-a Slovakiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Slovakiya və Azərbaycan arasında intensiv siyasi dialoq və yüksək səviyyəli təmaslar qurulub. İkitərəfli münasibətlərimizdə bir çox sahələrdə əməkdaşlığımızın daha da inkişafına ciddi maneə yoxdur. Biz Azərbaycanın Slovakiyada səfirlik açmaq qərarını yüksək qiymətləndiririk. Bunu qarşılıqlı addım, dostluq münasibətlərimizin təsdiqi və əməkdaşlığımızın intensivləşdirilməsində maraqlı olduğumuzun ifadəsi kimi qəbul edirik”, - XİN-dən bildiriblər.

Qeyd olunub ki, Slovakiya Azərbaycanı iqtisadi imkanlarla zəngin ölkə kimi qəbul edir: "Biznes potensialının araşdırılması bizim əsas prioritetlərimizdən biridir. Ümumilikdə, hazırkı səylərimiz daha dayanıqlı əsas yaratmağa və iqtisadi əməkdaşlığımıza daha sistemli yanaşma nümayiş etdirməyə yönəlib. Bu məqsədlə biz bir çox sahələrə daha çox diqqət ayırırıq”.

Xatırladaq ki, iyunun 6-7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfər edib.


Geri dön