Ana Sayfa > Karusel / Region > Fatih Portakal Kılıçdaroğlunu qorxaq adlandırdı - Video

Fatih Portakal Kılıçdaroğlunu qorxaq adlandırdı - Video


6-06-2023, 17:55. Yazar: Admin

 

fatih-portakal-kilicdaroglunu-qorxaq-adlandirdi

Türkiyəli tanınmış jurnalist Fatih Portakal prezident seçkilərində məğlub olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu sərt tənqid edib.

Qarabaginfo.az xəbər verir ki, Portakal öz yutub kanalında Kılıçdaroğlunu qorxaq və uzaqgörən olmayan lider adlandırıb.

Portakal CHP partiyasında demokratiya olmadığını qeyd edərək bunları deyib: “Mənim gözümdə Kamal Kılıçdaroğlu artıq belədir. İnsanları belə idarə edəcəkdiniz? Demokratiya, sevgi, eşq dili, bunların hamısının yalan olduğunu görürük. Mən ya safam, ya axmağam”. 

Qeyd edək ki, Fatih Portakal seçki prosesi boyunca Kılıçaroğluna öz dəstəyini ifadə edib. CHP liderinin məğlubiyyətindən sonra isə jurnalist Kılıçdaroğlunu dəfələrlə istefa verməyə çağırıb.(Qafqazinfo)


Geri dön