“Rusiya BMT Baş katibi Antonio Quterreşi Ukrayna hakimiyyətinin 2022-ci ilin payızında Kaxovka SES-i məhv etmək planları barədə xəbərdar etmişdi”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova Quterreşə məlum müraciətin surətini öz “Telegram” kanalında dərc edib.
“2022-ci il oktyabrın 21-də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Baş katibinə Kiyev rejiminin Kaxovska su elektrik stansiyasını dağıtmaq planları barədə məktub göndərib. BMT Baş katibinə sual: nə tədbir görülüb?”, – Zaxarova yazıb.(