Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin yeni tərkibi ilə birlikdə Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kemal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd edək ki, bu gün Ankara vaxtı ilə saat 15:00-da yeni hökumət kabinəsinin ilk toplantısı keçiriləcək.