Ana Sayfa > Karusel / Region > Ağsu, İsmayıllı və Şamaxıda zəlzələdən zərərçəkənlərlə bağlı araşdırma aparılacaq, yardımlar ayrılacaq
Ağsu, İsmayıllı və Şamaxıda zəlzələdən zərərçəkənlərlə bağlı araşdırma aparılacaq, yardımlar ayrılacaq6-06-2023, 13:18. Yazar: Admin |
Ağsu, İsmayıllı və Şamaxıda zəlzələdən zərərçəkənlərin evlərinin bərpası üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, yeni təqdim edilmiş məlumatlar əsasında aidiyyəti dövlət orqanları yoxlamalar həyata keçirəcək və aidiyyəti yardımlar göstəriləcək. Geri dön |