Ana Sayfa > Karusel / Region > İrandan daha bir məkrli göstəriş: “Bakı Respublikası” yazın!

İrandan daha bir məkrli göstəriş: “Bakı Respublikası” yazın!


6-06-2023, 12:40. Yazar: Admin

İrandan daha bir məkrli göstəriş: “Bakı Respublikası” yazın!

İran Azərbaycanda səfirlik açdığı ilk illərdə səfirlik binasının üzərinə "İran İslam Respublikasının Bakıdakı səfirliyi" sözü yazılmışdı. Neçə dəfə cəhd etsək də, bunu dəyişmədilər. Məktub və müraciətlərimizə cavab verməyən İran səfirliyi əl altından “biz Bakı Respublikasındayıq”, “Azərbaycanı tanımırıq, bura bizim üçün Şimali İrandır” deyə xəbər göndərirdilər. Onların adamları vasitəsilə xəbər göndərdik: “Tehranda elə aksiya həyata keçirə bilərik ki, İran öz adını təmizə çıxara bilməz”. Yüksək səviyyədə işə qarışıldı və İran səfirliyi geri çəkildi.

Qarabaginfo.az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev deyib. Alimin sözlərinə görə, son 10 ildə İran mediası arabir “Bakı Respublikası” sözünü istifadə etsə də, artıq bir ildir bütün sosial media və platformalarda, KİV-də bu ifadə geniş yayılıb:

“Son iki aya isə artıq təhsil sistemlərində azərbaycanlı şagirdlərə zorla “Azərbaycan” sözünü pozub, “Bakı Respublikası” yazmağı öyrədirlər. “Bakı Respublikası” sözünü kütləvi şəkildə təhsil, elm və media dilinə gətirirlər. Siyasilər hələ cəhd etmirlər, amma siyasi partiyalara tapşırıq verilib ki, tədricən sənədlərdə “Azərbaycan Respublikası” sözünü “Bakı Respublikası” ilə əvəz etsinlər. İran bunu etməklə 40 milyonluq soydaşımızın beynini yumağa cəhd edir.

Bu, çox cılız addımlardır. Biz siyasi əxlaq göstərib “İran İslam Respublikası” yazırıq, “Qacar dövləti” yazmırıq. Amma deyəsən, səhv edirik. Daha əxlaq siyasəti kənara qoymalıdır.

Olsun, Tehrana öz salamımızı çatdırarıq...”

(Yenisabah)


Geri dön