Ana Sayfa > Karusel / Sosial > DSMF-nin gəlir və xərclərinin hər biri 4 milyon manat artırılır
DSMF-nin gəlir və xərclərinin hər biri 4 milyon manat artırılır6-06-2023, 12:35. Yazar: Admin |
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri artırılır. Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət sosial müdafiə fondunun büdcəsinin gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılması təklif edilir. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Geri dön |