Ana Sayfa > Karusel / Siyasət > Daha bir partiya fəaliyyətini dayandırdı - 23 oldular
Daha bir partiya fəaliyyətini dayandırdı - 23 oldular5-06-2023, 15:00. Yazar: Admin |
Azərbaycanda daha bir partiya özünü buraxıb.
Qarabaginfo.az xəbər verir ki, Milli Demokrat-İdrak Partiyası fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.
Partiya 1992-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, sədri Osman Əfəndi olub.
Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 23-ə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır:
1. Qorqud Partiyası 2. Azərbaycan Kommunist Partiyası 3. Azərbaycan Tərəqqi Partiyası 4. Vahid Azərbaycan Milli Birlik Partiyası 5. Aydınlar Partiyası 6. Müstəqil Xalq Partiyası (MXP) 7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 8. Yeni Yol Partiyası 9. Azərbaycan Respublikaçılar Partiyası 10. Müstəqil Azərbaycan Partiyası 11. Azərbaycan Vahid Kommunist Partiyası 12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 14. Milli Vəhdət Partiyası (MVP) 15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 17. Azərbaycan Təkamül Partiyası 18. Birlik Partiyası 19. Azərbaycan Azad Respublikaçılar Partiyası 20. Milli Konqres Partiyası 21. Vətənpərvərlər Partiyası 22. Vətəndaş Birliyi Partiyası 23. Milli Demokrat-İdrak Partiyası Geri dön |