Ana Sayfa > Karusel / İqtisadiyyat > Taleh Kazımov: Banklar nağdlaşdırmanın sərf etməməsi üçün komissiyanı artırır

Taleh Kazımov: Banklar nağdlaşdırmanın sərf etməməsi üçün komissiyanı artırır


5-06-2023, 12:11. Yazar: Admin

Taleh Kazımov: Banklar nağdlaşdırmanın sərf etməməsi üçün komissiyanı artırır

Mərkəzi Bankın sədri Taleh Kazımov bankların tranzaksiya faizinin yüksək olmasına toxunub.

Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib ki, haqq və komissiyalar olmasa, banklar nağdsız ödənişləri təşviq edə bilməyəcəklər.

“Banklar ona görə komissiyanı artırır ki, nağd çıxarmaq sərf etməsin, getsin ödəniş etsin. Niyyət, strategiya budur ki, insanlar daha çox nağdsız ödənişə keçsinlər. Yeni qanun layihəsi isə qəbul olunsa, Mərkəzi Banka səlahiyyət verilir ki, bazar üzrə maksimum həddi təyin etsin”, - deyə Taleh Kazımov əlavə edib.


Geri dön