Ana Sayfa > Karusel / Gündəm > DİN-dən polisin rəislə bağlı iddialarına - Reaksiya
DİN-dən polisin rəislə bağlı iddialarına - Reaksiya3-06-2023, 13:07. Yazar: Admin |
Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb. Qarabaginfo.az xəbər verir ki, Asim Kərimov adlı şəxsin iddiasına görə, Binəqədi Rayon Polis İdarəsinə yeni təyin olunan rəis İlqar Məmmədov onu məzuniyyətdən geri çağıraraq xidmətdən xaric edib. O deyir ki, tanımadığı şəxslər tərəfindən ona böhtan atılıb: “Hazırda isə İlqar Məmmədovun göstərişi ilə avtovağzal ərazisində İsmayılov Xəqani, Kələntərli Vurğun, Bərhud Əkrəm hər bir sprinterdən 35-40 AZN, vitalardan 15-20 AZN aralığında pul yığır. Xahiş edirəm, bu barədə düzgün araşdırma üçün göstəriş verəsiniz”.
Məsələyə Daxili İşlər Nazirliyi reaksiya verib. DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib. E. Hacıyevin sözlərinə görə, o, xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib: "Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib. Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir". Əldə etdiyimiz məlumata görə, sosial şəbəkələrdə A.Kərimov polis polkovniki, hazırda Abşeron RPİ-nin rəisi olan Musa Musayevin qohumu kimi təqdim edilir. Geri dön |