Ana Sayfa > Karusel / Region > “Qərb hərbi yardımı dayandırarsa, Ukraynadakı münaqişə bir neçə həftəyə bitəcək”- BORREL

“Qərb hərbi yardımı dayandırarsa, Ukraynadakı münaqişə bir neçə həftəyə bitəcək”- BORREL


3-06-2023, 12:16. Yazar: Admin

“Qərb Kiyevə hərbi yardımı dayandırarsa, Ukraynadakı münaqişə bir neçə həftə ərzində bitə bilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel Sinqapurda keçirilən təhlükəsizlik konfransında deyib.

“Mən Ukraynada müharibəni necə bitirəcəyimizi bilirəm. Bu çox asandır. Biz Ukraynaya hərbi dəstəyi dayandırırıq və müharibə bir neçə həftəyə bitir”, – Borrel bildirib.

Eyni zamanda Borrel əlavə edib ki, Qərb Kiyevi dəstəksiz qoya bilməz. Çünki kapitulyasiyaya bərabər və Ukraynanı ikinci Belarus edəcək sülh istəmirlər.


Geri dön