Ana Sayfa > Karusel / Kriminal > Bu Təhsil İdarəsinin rəisinə cinayət işi açıldı

Bu Təhsil İdarəsinin rəisinə cinayət işi açıldı


3-06-2023, 11:52. Yazar: Admin

bu-tehsil-idaresinin-reisine-cinayet-isi-acildi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işi açılıb. 

Qarabaginfo.az Bizim.Media-ya istinadən məlumatına görə, Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.

***

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "Qafqazinfo"nun sorğusuna belə cavab verilib: "Rüfət Hacıyevin 2016-2018 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində təhsil alması və eyni zamanda Qəçrəş kənd tam orta məktəbdə direktor işləməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü ilin yanvar ayında Quba Rayon Prokurorluğuna məktub göndərilib. Həmin məktuba əsasən rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib. 

 


Geri dön