Ana Sayfa > Karusel / Siyasət / Region > Paşinyan Ərdoğanın inauqurasiyasında iştirak edəcək

Paşinyan Ərdoğanın inauqurasiyasında iştirak edəcək


2-06-2023, 17:44. Yazar: Admin

pasinyan-erdoganin-inauqurasiyasinda-istirak-edecek

Xəbər verdiyimiz kimi, iyunun 3-ü Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

Qarabaginfo.az “NTV”yə istinadən məlumatına görə, tədbirdə Azərbaycan, Şimali Kipr, Qazaxıstanla yanaşı, 20-yə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir. 

Bununla yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyanla NATO Baş katibi Yens Stoltenberqin də inauqurasiya mərasimində iştirak etmək üçün Türkiyəyə səfər edəcəyi planlaşdırılır. 

Ermənistan Nazirlər Kabineti öz növbəsində Paşinyanın andiçmə mərasimində iştirak üçün Ankaraya səfər edəcəyini təsdiqləyib.(“Qafqazinfo)


Geri dön