Ana Sayfa > Karusel / Region > Paşinyan dövlətə xəyanət işində dindirildi 

Paşinyan dövlətə xəyanət işində dindirildi 


2-06-2023, 17:35. Yazar: Admin

 

 

Paşinyan dövlətə xəyanət işində dindirildi 

Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində dindirilib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin sədri Argişti Kyaramyan Milli Assambleyada (parlament) müxalifətçi deputat Artsvik Minasyanın suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Paşinyan dövlətə xəyanət işi üzrə şahid qismində sorğu-sual edilib.

"Baş nazir dövlətə xəyanət maddəsi ilə başlanılan cinayət işi çərçivəsində şahid qismində dindirilib. Bəli, baş nazir şahid qismində dindirilib",- deyə Komitə sədri bildirib.

Lakin cinayət işinin konkret detalları açıqlanmayıb.(Yenisabah) 


Geri dön