Ana Sayfa > Karusel / Region > Peskov Ukraynadan danışdı, Paşinyana cavab verdi

Peskov Ukraynadan danışdı, Paşinyana cavab verdi


2-06-2023, 17:15. Yazar: Admin

Peskov Ukraynadan danışdı, Paşinyana cavab verdi

 

"Polşa demək olar ki, həmişə ya Rusiyanın düşməni olub, ya da Rusiyanın bir hissəsi olub, ölkələrimiz arasında münasibətlərin “zəngin tarixi” var".

 

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Rusiya Federasiyası ilə Polşa arasında münasibətlər indi sıfır və hətta mənfi səviyyədədir. Rusiya Federasiyası Ukrayna ətrafındakı münaqişə ilə bağlı Ermənistanın mövqeyini nəzərə alır, lakin İrəvanla müttəfiqlik münasibətlərini inkişaf etdirməkdə davam edir. Rusiya Federasiyası Ukrayna ilə dialoqun ilkin şərtlərini görmür. Zelenskinin Ukraynanın NATO-ya daxil olması ilə bağlı sözləri Kiyevin danışıqlar masası arxasında problemləri həll edə bilməməsindən xəbər verir", - sözçü bildirib.

 

"Rusiya Federasiyası öz təhlükəsizliyini təmin etməyə çalışacaq, bu, Ukraynanın NATO-ya üzvlüyünü istisna edir. Rusiya Ukraynadakı vəziyyətin həllində öz maraqlarının nəzərə alınmasını əsas prioritet hesab edir. NATO-nun potensial genişlənməsi uzun illərdir ki, qıcıqlandırıcıdır, Avropanın bir çox ölkələri bunu anlayır", - Peskov əlavə edib.

 

"Rusiya OPEC+ üzvləri ilə təmaslarını davam etdirir, lakin Vyana görüşündən gözləntilərini dilə gətirmir. Çinin iqtisadi inkişafı təcrübəsi ən dərindən öyrənilməyə layiqdir. Rusiya Federasiyası ilə ABŞ arasında strateji təhlükəsizliklə bağlı danışıqlara ehtiyac var, lakin hələlik danışıqların aparılması nəzərdə tutulmur", - o qeyd edib.(Modern.az)


Geri dön