Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda “Avro-5” dizel yanacağı istehsalına başlanılıb
Azərbaycanda “Avro-5” dizel yanacağı istehsalına başlanılıb2-06-2023, 16:29. Yazar: Admin |
Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində “Avro-5” standartlarına uyğun avtomobil benzinin istehsalına 2024-cü ilin birinci rübündə başlanılması nəzərdə tutulur. Bu barədə Qarabaginfo.az SOCAR-ın Caspian Oil&Gas sərgisində ki stendində nümayiş etdiyi məlumatlara istinadən xəbər verir. Məlumata görə, 2023-cü ilin ikinci rübündən etibarən "Avro-5" standartına uyğun dizel yanacağı istehsalına başlanılıb. Qeyd olunur ki, NEZ öz işinə 1953-cü ildə başlayıb və indiyədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib. Vurğulanır ki, zavod 30 adda məhsul istehsal edir, istehsal edilən məhsulların 10%-i ixrac olunur. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır. Geri dön |