Ana Sayfa > Karusel / Siyasət > “Bədxahlar ölkə daxilində vəziyyəti sarsıtmağa çalışır, imkan verməyəcəyik”- PUTİN

“Bədxahlar ölkə daxilində vəziyyəti sarsıtmağa çalışır, imkan verməyəcəyik”- PUTİN


2-06-2023, 15:04. Yazar: Admin

“Bədxahlar kənardan ölkə daxilində vəziyyəti sarsıtmağa çalışır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə bugünkü iclası zamanı deyib.

“Ölkə hakimiyyəti onlara imkan verməyəcək”, – Putin bildirib.

“Rusiya prezidenti bədxahların vəziyyəti qarışdırmaq cəhdinə cavab olaraq ölkənin daxili siyasi təhlükəsizliyinin təmin edilməsini müzakirə edib. Prezident ölkədə vəziyyətin kənardan sarsıdılmasına heç bir şəraitdə imkan verməmək üçün hər şeyi etmək lazım olduğunu bəyan edib”, – Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

İclasda FTX-nin direktoru Aleksandr Bortnikov və daxili işlər naziri Vladimir Kolokoltsev hesabatla çıxış ediblər.(Azpost.info)


Geri dön