Ana Sayfa > Karusel / Siyasət / Region > Davutoğlu və Babacan razılığa gəlib, amma Səadət...
Davutoğlu və Babacan razılığa gəlib, amma Səadət...2-06-2023, 14:01. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, Türkiyədə "Millət İttifaqı"na daxil olan Gələcək və DEVA Partiyalarının deputatları seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahısından seçilərək sonradan həmin partiyanın parlament fraksiyasından istefa veriblər. Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, DEVA Partiyasının sədri Ali Babacan və Gələcək Partiyasının sədri Ahmet Davutoğlu arasında ayrıca fraksiya qurmaq barədə razılıq əldə olunub.
Lakin hələlik Temel Karamollaoğlunun sədrlik etdiyi Səadət Partiyası ilə razılaşma mümkün olmayıb. Belə ki, Karamollaoğlu fraksiyanın Səadət Partiyası adından yaradılmasında israr edib, digər iki partiya isə buna qarşı çıxıb.
Məlumata görə, ortaq məxrəc kimi yeni partiya formalaşdırılması və birgə fraksiyanın bu partiyanın adından yaradılması hazırda müzakirə olunan variantlardan biridir.
Türkiyə qanunvericiliyinə əsasən, parlament farksiyası yaratmaq üçün partiyanın minimum 20 deputatı olmalıdır. Geri dön |