Ana Sayfa > Karusel / Cəmiyyət > Maşınların utilizasiyasını bu qurum həyata keçirəcək 

Maşınların utilizasiyasını bu qurum həyata keçirəcək 


1-06-2023, 13:56. Yazar: Admin

 

Maşınların utilizasiyasını bu qurum həyata keçirəcək 

 

Utilizasiya olunacaq avtomobillərin necə və hansı qurum tərəfindən qiymətləndiriləcəyinə aydınlıq gətirilib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında məlumat verib.

 

O bildirib ki, utilizasiyaya təqdim olunacaq bütün nəqliyyat vasitələri tullantı olduğuna görə, qiymətləndirmə zamanı avtomobilin markasının heç bir əhəmiyyəti olmayacaq.

 

"Qiymətləndirməni aparan orqan isə "Təmiz Şəhər" ASC ola bilər", - o qeyd edib.


Geri dön