Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda avtomobillərin utilizasiyası fondu yaradılır
Azərbaycanda avtomobillərin utilizasiyası fondu yaradılır1-06-2023, 11:52. Yazar: Admin |
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılır.
Qarabaqinfo.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilən "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.
Bu Qanunun 14-8-ci maddəsinə əsasən, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır.
Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşir:
hüquqi və fiziki şəxslərin könüllü ianələri; beynəlxalq təşkilatların və digər donorların ayırmaları; qanunla qadağan olunmayan digər mənbələr.
Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Geri dön |