Ana Sayfa > Karusel / Dünya > Latviyada XİN başçısı prezident seçildi

Latviyada XİN başçısı prezident seçildi


31-05-2023, 16:02. Yazar: Admin

 

Latviyada XİN başçısı prezident seçildi

Edqars Rinkeviçs Latviya prezidenti seçilib.

 

Qarabaqinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı ölkə parlamentində səsvermə keçirilib.

 

O, 2011-ci ildən bu vaxta qədər Latviyanın xarici işlər naziri postunu tutub.

 

Rinkeviçs 1973-cü ildə Yurmalada anadan olub.

 

Qeyd edək ki, Latviya parlamentli respublika üsul-idarəsinə malik olduğu üçün prezident ümumxalq səsverməsi yolu ilə deyil, qanunverici orqan tərəfindən seçilir.


Geri dön