Ana Sayfa > Karusel / Siyasət > İsrail prezidenti Bakıda belə qorunur - İran kəşfiyyatı necə çaşdırıldı

İsrail prezidenti Bakıda belə qorunur - İran kəşfiyyatı necə çaşdırıldı


31-05-2023, 15:22. Yazar: Admin

İsrail prezidenti Bakıda belə qorunur - İran kəşfiyyatı necə çaşdırıldı

Prezident İshaq Hersoqun Azərbaycanın paytaxtı Bakıya dövlət səfərini misilsiz təhlükəsizlik tədbirləri müşayiət edib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, ŞABAK (İsrailin Ümumi Təhlükəsizlik Xidməti) Prezidentin müşayiəti üçün çoxlu sayda mühafizəçi ayırıb, İsrail Təhlükəsizlik Xidməti isə görünməmiş addımlar atıb:

“Prezident və nümayəndə heyətini yerləşdirmək üçün bir neçə otel seçilib və düşməni çaşdırmaq üçün son anda onlardan birinin üzərində dayanılıb. İran agentlərinin yeri təyin edə biləcəyi narahatlığı səbəbindən prezidentin ətrafı yerli mobil telefonda internetdən istifadə etməmək barədə xüsusi göstəriş alıb. Azərbaycan hökuməti isə Hersoqun müşayiəti üçün minlərlə xüsusi təyinatlı və əsgər ayırıb, Bakının bütün rayonları mühasirəyə alınıb”, - məlumatda bildirilib.  

Qeyd olunub ki, kulis arxasında ŞABAK-la azərbaycanlı xüsusi xidmət orqanlarının nümayəndələri arasında prezidentin iş qrafikinə dəyişikliklər, o cümlədən köhnə Bakı turu ətrafında qızğın məsləhətləşmələr gedib:

“Fövqəladə təhlükəsizlik tədbirləri həm İsraildə, həm də Azərbaycanda İranın İsraillə Azərbaycan arasında münasibətlərin istiləşməsinə qəzəblənərək səfəri pozmağa çalışacağından ciddi narahatlığa görə görülüb.Sakit şəkildə İsrail-Türkiyə-Azərbaycan oxu qurulur. Ekspertlər iddia edirdilər ki, İsraillə Türkiyə arasında barışıq azərbaycanlıların İsraillə münasibətlərini ən yüksək səviyyəyə qaldırmağa imkan verib, o cümlədən 1992-ci ildə münasibətlərin qurulmasından bəri İsraildə ilk Azərbaycan səfirliyi açılıb. Bakının mərkəzində Azərbaycan bayraqlarının yanında İsrailin bayraqları asılıb və azərbaycanlılar artıq İsraillə yaxınlaşmaqdan çəkinmirlər və İranın qəzəblənəcəyindən narahat deyillər”./Axar.az 


Geri dön