ABŞ iyunun 1-də Kişineuda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçiriləcək görüşün danışıqlar masası arxasında məsələlərin sülh yolu ilə həlli baxımından konstruktiv olacağını gözləyir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilir.
O bildirib: “Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən şadıq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Bu yaxınlarda baş nazir Paşinyanın sülh işinə sadiqliyini təqdir etdik və prezident Əliyevin amnistiyanın müzakirəsi ilə bağlı son bəyanatlarını alqışladıq”.