Ana Sayfa > Karusel / Siyasət / Region > Kılıçdaroğluna istefa çağırışlarına CHP-dən cavab: Pis fikirləşmirlər

Kılıçdaroğluna istefa çağırışlarına CHP-dən cavab: Pis fikirləşmirlər


30-05-2023, 17:58. Yazar: Admin

Kılıçdaroğluna istefa çağırışlarına CHP-dən cavab: Pis fikirləşmirlər

 

Türkiyədə keçirilən son prezident seçkilərində qalib gələ bilməyən "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu barəsində sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən istefa çağırışları gündəmə gəlib.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-nin parlament fraksiyasının sədr müavini Özgür Özel bu iddialara münasibət bildirib.

 

"Ona səs verən heç bir seçicinin Kemal Kılıçdaroğlu ilə bağlı hər hansı mənfi yanaşmasının olmadığını görürük. Tərəfdarları onu sevir", - deyə Özel bildirib.

 

Qeyd edək ki, Kılıçdaroğlunun 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərindən sonra baş tutacaq partiya qurultayında sədrliyə namizəd olmaması gözlənilir. Lakin sosial şəbəkələrdə müəyyən kəsim onun dərhal istefa verməli olduğunu düşünür.(Modern.az) 


Geri dön