Ana Sayfa > Karusel / Siyasət > Əliyevlə Paşinyanın görüşünü səbirsizliklə gözləyirik - Şarl Mişel
Əliyevlə Paşinyanın görüşünü səbirsizliklə gözləyirik - Şarl Mişel30-05-2023, 14:38. Yazar: Admin |
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişinevda keçiriləcək görüşü səbirsizliklə gözləyirik.
Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel özünün "Twitter" hesabında yazıb.
"Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq vacibdir.
Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi mühüm əhəmiyyət kəsb edir.
Maksimalist mövqelərdən çəkinmək və dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxta ehtiyac var. Cəsarətli qərarlar lazımdır”, - deyə Mişel vurğulayıb.(Modern.az) Geri dön |