Ana Sayfa > Karusel / Siyasət > Cəmiyyətimiz prezident və parlament seçkilərinə hazırdır – Zahid Oruc

Cəmiyyətimiz prezident və parlament seçkilərinə hazırdır – Zahid Oruc


30-05-2023, 12:43. Yazar: Admin

Cəmiyyətimiz prezident və parlament seçkilərinə hazırdır – Zahid Oruc

 

“28 mayda Türkiyədə keçirilən seçkilər son 20 ildə siyasi və mənəvi coğrafiyasını genişləndirən bir dövlətin parlaq qələbəsi oldu. On illərdir hakimiyyət zirvəsində olan liderə verilən 27 milyondan artıq səs həm də xalqımıızın mənəvi-siyasi iradəsinin ifadəsi idi. 2-ci tur qarşısında türk xalqını düzgün seçim etməzlərsə, iqtisadi tənəzzüllə, qaçqın seli ilə, vətəndaş qarşıdurması və dünyadan təcridlə qorxudanlar, terror təşkilatları ilə təhdid edənlər də məğlub oldular. Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı. Lakin Ərdoğanın qələbəsi ilk növbədə, Azərbaycan-Türkiyə birliyinin təntənəsi, islam və türk dünyasında, eləcə də Avrasiya qitəsində qurulan yeni təhlükəsizlik arxitekturasının davamlılığının zəmanəti oldu”.

 

qarabaginfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

 

“Əgər Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıbsa, Fransa və NATO dövlətləri Cənubi Qafqaza hərbi qüvvə yeritməyə çalışırsa, Əliyevlə Ərdoğanın zəfər kursu davam etməlidir. Türkiyə müxalifətinə özünü yaxın sayan, “orada hakimiyyət dəyişərsə, bizə də fürsət açılar” deyən radikal dini-siyasi qüvvələrə də böyük zərbə oldu. Qardaş ölkədəki seçkilərə cəmiyyətimizin yüksək diqqəti 2025-ci ildə Azərbaycanda keçiriləcək prezident və parlament seçkilərinə hazır olduğu kimi də dəyərləndirilə bilər. Siyasi partiyaların ideoloji kimliklərinin müəyyənləşməsi, dini və milliyətçi yönlü, separatizmə qarşı birləşdirici ideologiyaların hazırlanması da son dərəcə vacibdir. Azərbaycanda növbəti seçkilər müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün təminatı və azad torpaqlarda keçiriləcək. Ona görə də zəfərimizə geridönməz xarakter vermək, Böyük Qayıdışın bütün hədəflərinə çatmaq, möhkəm ailə və dini dəyərləri, eləcə də milli təhlükəsizliyi qorumaq üçün Türkiyədəki  qələbəni 2025-ci ildə ölkəmizdə davam etdirməliyik”,- deyə komitə sədri vurğulayıb.(modern.az) 


Geri dön