Ana Sayfa > Karusel / Sosial > Deputat dövlət müəssisələrində çalışmanın son yaş həddinin 65-dən 70-ə qaldırılmasını təklif edib

Deputat dövlət müəssisələrində çalışmanın son yaş həddinin 65-dən 70-ə qaldırılmasını təklif edib


30-05-2023, 11:14. Yazar: Admin

Deputat dövlət müəssisələrində çalışmanın son yaş həddinin 65-dən 70-ə qaldırılmasını təklif edib

“Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliklə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün son yaş həddi 65 yaş müəyyən edilib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, son zamanlar isə sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb: “Sanki o işçilər neçə il işləməyib. Elə ad günündəcə onları işdən çıxarırlar, əlavə vakansiya isə təklif edilmir. Onların pensiyaları azdır, pensiyalarını sonrakı müddətdə işləyib artırmaq isə mümkün olmur. Yaş həddi insanların çalışmasına mane olmamalıdır. İnsanları yaş həddinə görə işdən kənarlaşdırmaq doğru deyil. Təklif edirəm ki, çalışmanın son həddi 65 yaşdan 70-ə qaldırılsın. Bu təklif qəbul edilərsə, qanun layihəsini hazırlayıb payız sessiyasında qəbul edə bilərik”.(Apa)


Geri dön